“Rus”laşan heykəllərimiz – REPORTAJ

Hazırda oxunan: “Rus”laşan heykəllərimiz – REPORTAJ

16508

Azərbaycanda şəhərin mərkəzində tarixi-mədəniyyət abidələri, eləcə də heykəllər üzərində kiril əlifbası ilə yazılmış lövhələr hələ də qalmaqdadır Hətta görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin yaşadıqları binaların qarşısında da Sovet dövründə qoyulmuş lövhələr dəyişdirilməyib.

2001-ci il iyunun 18-də Azərbaycan prezidenti "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.

Fərmana əsasən, 2001-ci il avqustun 1-dən etibarən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, respublikanın bütün idarələrində rəsmi yazışmalar yalnız latın qrafikasında aparılmağa başlanıb. 

Lakin kiril əlifbasında olan lövhə və yazılar Azərbaycan cəmiyyətinin hələ də keçmiş SSRİ-nin təsirində qalması kimi qəbul olunur. 

Bizim.Media əməkdaşının müşahidələrinə görə dahi şairimiz Səməd Vurğunun adı verilən bağda onun və Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun ucaldılan heykəlləri üzərindəki yazılmış lövhələri hələ də kiril əlifbası ilə saxlanılıb.

Səməd Vurğunun tək adı deyil, onun dillər əzbəri olan şeirindən bir parça da kiril qrafikasındadır.

Qeyd edək ki, paytaxtdakı bəzi heykəllərin üzərində restavrasiya işləri aparılan zaman yazılar latın qrafikasına dəyişdirilib.

Amma hələ də adları kiril qrafikası ilə qalan məşhurlar var ki, onlar arasında Səməd Vurğun və Üzeyir Hacıbəyov kimi mədəniyyət xadimlərimiz yer alır. Uzun illərdir müzakirə olunan, amma həlli tapılmayan məsələ ölkəmizə gələn turistlərlərin də diqqətini cəlb edir. 

Ümid edirik ki, məsələ aidiyyatı qurumlar tərəfindən nəzarətə götürüləcək.

Alçina Amilqızı, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin