ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı əməkdar artist Tünzalə Əliyeva olub.
Bizim.Media-nın məlumatına görə, verilişdə əməkdar artistin bacısı Təranə Cəfərova onun haqqında maraqlı açıqlama edib.
Bildirib ki, Tünzalə kiçik yaşlarında qardaşının həyatını təhlükəyə atıb:
"Tünzalənin 5-6 yaşı olardı, kiçik qardaşım isə hələ 1 yaşına çatmamışdı. Tünzalə mətbəxdəki dolabda sirkə turşusunu qardaşıma içirir. Elə bilir sudur. O an anam hadisənin üstünə gəlir. Mane olur. Amma sirkə turşusunun bir miqdarı qardaşımın boğazına gedir. Sonradan o hadisənin böyük fəsadları oldu. Lakin Tünzalə bunu qəsdən etməmişdi".
Hadisə ilə əməkdar artist belə deyib:
"Bu hadisəni xatırlayıram. Qardaşım Nərimanın dili şişmişdi. Mədəsinə getməmişdi, amma dili kökünə qədər yanmışdı. Anamgil danışırdı, lakin bunu mən etdiyimi xatırlamıram".
Bizim.Media