Kiyevə kütləvi dron hücumu: Strateji infrastruktura ziyan dəyib

Hazırda oxunan: Kiyevə kütləvi dron hücumu: Strateji infrastruktura ziyan dəyib

165066

Noyabrın 19-na keçən gecə Rusiya silahlı qüvvələri Ukrayna ərazisinə 20 kamikadze dronu ilə hücum edib. Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın 15 kamikadze dronunu zərərsizləşdirib. Hücum 5 saat davam edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, “Şahed” tipli PUA-larla olunan hücumlar Ukraynanın Kiyev, Poltava, Çerkası vilayəti ərazilərinə edilib.

Gecə saatlarında Ukraynada bir neçə dəfə hava xəbərdarlığı elan olunub.

Hava hücumu nəticəsində Kiyev vilayətinin ərazisində strateji infrastruktura ziyan dəyib. Yerli hakimiyyət orqanları hansı obyektin zədələndiyini açıqlamayıb. Zərbə nəticəsində yanğın başlayıb və artıq söndürülüb. Hadisə yerində təcili yardım xidmətləri və operativ qruplar işləyir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin