Qazaxıstanın keçmiş iqtisadiyyat naziri HƏBS EDİLDİ - DETALLAR/FOTO

Hazırda oxunan: Qazaxıstanın keçmiş iqtisadiyyat naziri HƏBS EDİLDİ - DETALLAR/FOTO

165046

Astana məhkəməsi Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayevi həyat yoldaşının qətli ilə bağlı iki ay müddətinə həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı məhkəmənin mətbuat xidməti yayıb.

Nəşr yazır ki, Qazaxıstan Daxili İşlər Nazirliyi noyabrın 10-da Bişimbayevin saxlandığını elan edib. Ondan bir gün əvvəl isə 1992-ci il təvəllüdlü qadın Astanada restoranlardan birində aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. 

ORDA.kz mənbəyə istinadən dəqiqləşdirib ki, bu, keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayevin həyat yoldaşıdır. Həmsöhbət portala bildirib ki, qadın noyabrın 8-dən 9-na keçən gecə xəsarət alıb.

ORDA və Ulus Media-nın məlumatına görə, qadın Astananın mərkəzindəki “Bau” restoranında dünyasını dəyişib. Ulus Media qeyd edib ki, müəssisə Bişimbayevlər ailəsinə məxsus “Gastro-Ploşçad Center” ticarət mərkəzinin binasında yerləşir.

Hadisə şahidlərinin portala verdiyi məlumata görə, eks-nazir həyat yoldaşı ilə birlikdə noyabrın 8-də restorana gəlib. Onlar VİP kabinələrdən birini tutublar və bütün gecəni orada keçiriblər. Cütlük spirtli içki içərək yuxuya gediblər. 
Noyabrın 9-da yuxudan oyanan cütlük restorandan çıxmayıb və dincəlməyə davam edib. Həmin gün axşam saatlarında hadisə şahidlərinin sözlərinə görə, Bişimbayevlə həyat yoldaşı Saltanat Nukenova arasında münaqişə baş verib və nəticədə davaya çevrilib.

ORDA yazır ki, Nukenovanın vəziyyəti ilə  təcili yardıma zəng noyabrın 9-u axşam yerli vaxtla saat 19:55 radələrində daxil olub.

“Gastro-Ploşçad Mərkəzi”nin əməkdaşları ORDA-ya bildiriblər ki, noyabrın 8-də axşam saatlarında “Bau” restoranı təmirə bağlanıb və səhər saatlarında açılmayıb. İnstagramda restoranın xüsusi xidmətlər üçün bağlandığı barədə yazı yer alıb.

Xatırladaq ki, Kuandıq Bişimbayev iki aylıq görüşdən sonra 2022-ci ilin dekabrında Saltanat Nukenova ilə evlənib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin