Nikaraquanı təmsil edən 23 yaşlı Şannis Alondra Palasios Kornexo El Salvadorda baş tutan 72-ci beynəlxalq “Miss Universe” müsabiqəsinin qalibi olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, ikinci yeri 27 yaşlı Tailand təmsilçisi Antonia Porsild tutub.
Qeyd edək ki, “Kainat gözəli” hər il keçirilən beynəlxalq gözəllik müsabiqəsidir. Bu il müsabiqədə 80-dən çox ölkədən xanımlar iştirak ediblər.
Bizim.Media