Qərbi Azərbaycan Xronikası: “Göyçədə muxtariyyət tələbi: Mitinqlər vüsət aldı” - VİDEO 

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “Göyçədə muxtariyyət tələbi: Mitinqlər vüsət aldı” - VİDEO 

165020

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Çəmbərək (Krasnoselsk) rayonunun Ağbulaq kəndi haqqında xüsusi buraxılış hazırlanıb. 

Bizim.Media xəbər verir ki, verilişdə Ağbulaq kəndinin etnoqrafiyası, əhalisi, coğrafiyası, iqlimi,  kənd-təsərrüfatı, atət-ənənələri, mətbəxi, toyları və digər sahələrindən geniş söhbət açılıb. 

Bildirilib ki, tarixi mənbələrə görə, Ağbulaq kəndinin bünövrəsi XVI əsrin ikinci yarısında qoyulub. Bundan əvvəl Ağbulağın cənub-qərbində, təxminən 1,5 kilometrliyində Yellicə adlı kənd olub. Şahdağın qoynuna sığınmış ən yüksək dağ kəndi olan Ağbulağın ümumi sahəsi 38 kvadrat kilometr, əhalis 1914-cü ildə 982 nəfər, 1986-cı ildə 1500 nəfər olub. Adı 1991-ci ildə dəyişdirilərək Ağperek qoyulub. 

Qeyd olunub ki, Ağbulaq Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biridir:

“Hər yurdun-yuvanın, hər elin-obanın özünəməxsus keyfiyyətləri olduğu kimi Ağbulaq kəndinin də öz dünyası, öz aləmi olub. Ümumi cəhətləri ilə Göyçə qüdrəti, Göyçə əzmini özündə cəmləşdirən bu kənd bir çox məziyyətləri ilə seçilib. Qonşu Şorca və Ardanış kəndlərinin örüşündə olan Adatəpə ilə Ağbulaq arasında "Xanlıq" adında yurd yeri var.

İrəvan xanı Hüseynəli xan burada arı saxlatdırar və özü yay aylarında dincəlməyə çıxarmış. Kənddə beş korpuslu ən müasir tipli orta məktəb binası, poçt, kitabxana, tibb məntəqəsi, böyük univermaq, avtomat telefon istansiyası, mədəniyyət evi, dəyirman, ağac çəkən mişar və digər ictimai-iaşə obyektləri fəaliyyət göstərib”.

Diqqətə çatdırılıb ki, kənddə 13 000 baş xırda buynuzlu, 2500 baş iribuyluzlu heyvan olub və kəndin iqtisadiyyatında heyvandarlıq başlıca sahə sayılıb. 

Vurğulanıb ki, Sovet hakimiyyəti qurulmamışdan əvvəl Məşədi Molla Əlinin və Məşədi Molla Həsənin dini təlim keçən məktəbləri fəaliyyət göstərib:

“XIX əsrin sonlarında inşa edilən məscid anbar kimi hələ də qalırdı. 1988-ci il hadisələrində ermənilər tərəfindən dağıdılıb”. 

Süjetdə 1988-ci ilə qədər azərbaycanlıların yaşadığı bu oğuz yurdunu kənd əhalisinin erməni separatçılarından necə qorumasına, həmçinin  bayram ənənələri və digər maraqlı faktlara da toxunulur. 

Daha ətraflı videomaterialda:  
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin