Aşqabadda Azərbaycan-Türkmənistan biznes-forumu keçiriləcək

Hazırda oxunan: Aşqabadda Azərbaycan-Türkmənistan biznes-forumu keçiriləcək

165013

Noyabrın 27-28-də Aşqabadda Azərbaycan-Türkmənistan biznes-forumu və Hökumətlərarası Komissiyanın yeddinci iclası keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri-Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev Nazirlər Kabinetinin iclasında bildirib. 

Onun sözlərinə görə, biznes-forumda neft-qaz sənayesi, toxuculuq sektoru, kənd təsərrüfatı və qida məhsullarının, tikinti və tikinti materiallarının istehsalı, əczaçılıq, nəqliyyat-logistika, informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edəcəklər. 
B. Atdayev qeyd edib ki, biznes-forumda Türkmənistanın işgüzar dairələrinin nümayəndələri ilə Azərbaycan şirkətləri arasında bir sıra ikitərəfli görüşlər keçiriləcək, əməkdaşlığın yeni istiqamətləri müzakirə olunacaq. Hökumətlərarası Komissiyanın iclası çərçivəsində müvafiq sənədlərin imzalanması da gözlənilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin