Qusarda sənədsiz silah-sursat AŞKARLANIB 

Hazırda oxunan: Qusarda sənədsiz silah-sursat AŞKARLANIB 

164973

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd müxtəlif markalı sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. 

Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində  1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar ediblər. 

Faktlar üzrə Qusar RPŞ-də müvafiq araşdırmalar aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin