Kürdəmirin Çərtəyəz kəndinin yol problemi kənd camaatını təngə gətirib. Kənddə bir neçə idarə və təşkilat yerləşməsinə və hərəkətin həddindən artıq çox olmasına baxmayaraq, bir dəfə də olsun kəndin yoluna asfalt örtüyü salınmayıb. Kənd camaatı uzun illərdir ki, bu çətinliklərlə yaşamaq məcburiyyətində qalıblar”.
Bu barədə Bizim.Media-nın Aran bürosuna Çərtəyəz kəndinin sakinləri bildiriblər.
Onlar bildiriblər ki, acınacaqlı durumda olan yollar kənd camaatının gündəlik həyatını kabusa çevirib. Belə ki, Çərtəyəz kəndinə gedən yola nə SSRİ dönəmində, nə də sonrakı illərdə asfalt örtüyü salınmayıb. Kənddə istər piyadalar, istər sürücülər, istərsə də məktəblilər bu yolun yararsız və keçilməz durumda olması səbəbindən çox əziyyət çəkirlər.
Onların sözlərinə görə, qışda palçıqdan, yayda isə toz səbəbindən bu yolda hərəkət etmək mümkün deyil.
Yolda çalaların dərinliyi isə bir başqa dərddir.
Sürücülər bu yolda hərəkət edən zaman yoldakı çalalar onlara avtomobillərini idarə etməkdə çətinliklər yaşadır. Onlar hər dəfə rayon mərkəzinə gedib gəldikdən sonra avtomobillərində texniki nasazlıqlar yaranır və hər dəfə əlavə xərcə düşməli olurlar.
Sakinlər yolun bu vəziyyətdə olması ilə əlaqədar dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də bu günə kimi problemin həllinə nail ola bilməyiblər.
Çərtəyəz kənd yolunun acınacaqlı vəziyyətdə olması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bizim.Media-nın yerli bürosuna bildirib ki, kəndarası avtomobil yollarının yenidən qurulması “Regionların sosial iqtisadi inkişafı” Dövlət Proqramı çərçivəsində öz həllini tapır:
“Bu proqram çərçivəsində Kürdəmir rayonu ərazisində son illər mühüm yol infrastrukturu layihələrinin icrası tərəfimizdən həyata keçrilib. O cümlədən qeyd olunan Çərtəyəz kənd yolunun da yenidən qurulması nəzərdə tutulur. Belə ki, 27 km uzunluğa malik Çərtəyəz Ərəbxana-Köhünlü-Söyüdlər avtomobil yolunun yenidən qurulması artıq “Regionların sosial iqtisadi inkişafı” Dövlət Proqramına salınıb.
Bu proqram çərçivəsində yaxın illər ərzində həmin kənd yollarının yenidən qurulması tərəfimizdən icra olunacaq”.
Qeyd edək ki, Çərtəyəz kəndi Kürdəmir şəhərindən 25 km məsafədə yerləşir. Kənddə 1500 nəfər sakin, 200-ə yaxın ev var.
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 18.11.2023
Kürdəmir sakinlərindən ŞİKAYƏT – Yol problemi nə vaxt həllini TAPACAQ? – FOTO
Hazırda oxunan: Kürdəmir sakinlərindən ŞİKAYƏT – Yol problemi nə vaxt həllini TAPACAQ? – FOTO
Hazırda oxunan: Kürdəmir sakinlərindən ŞİKAYƏT – Yol problemi nə vaxt həllini TAPACAQ? – FOTO
164957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.