Boqdan Bezpalko: “Azərbaycanın ABŞ-dan asılılığı sıfıra bərabərdir” – ÖZƏL  

Hazırda oxunan: Boqdan Bezpalko: “Azərbaycanın ABŞ-dan asılılığı sıfıra bərabərdir” – ÖZƏL  

164911

“Onu deyə bilərik ki, bu bir bəyənatdır (red. ABŞ dövlət katibinin müavininin Konqresdə Azərbaycana qarşı səsləndirdiyi qərəzi fikirlərdən söhbət gedir). Hansı ki, Azərbaycana yox, Ermənistana yönəlib. Bu ona görə edilib ki, Ermənistan rəhbərliyi, əsasən Paşinyan üzünü Rusiyaya yox, Qərbə yönəltsin. Reallıqda isə bu, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsində heç bir rol oynamayacaq”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko deyib.  

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenin Azərbaycana qarşı son bəyanatlarını şərh edən ekspert, Azərbaycanın ABŞ-dan asılılığının sıfıra bərabər olduğuna diqqət çəkərək, bəyanatı “söz yığını” adlandırıb: 

“Bu məsələ, əsasən, ermənilərin rəğbətini qazanmaq üçün irəli sürülüb və ermənilərin Qərbə yönəlməsini sürətləndirmək üçün nəzərdə tutulub. Düşünürəm ki, amerikalılar özlərini regionda yalnız bir tərəfi dəstəkləyən formada göstərmək istəmirlər.  
Məncə, Azərbaycan indi heç bir çətinlik çəkməyəcək. Xüsusən, onu nəzərə almaq lazımdır ki, Azərbaycana ən böyük dəstəyi Türkiyə və İsrail verir. Bu baxımdan ABŞ-ın Azərbaycana dəstəyi olmalıdır. Lakin bu dəstək o qədərdə önəmli deyil. Bundan başqa Azərbaycan silahlanmada heç bir çətinlik çəkmir. Yəni, Azərbaycan Amerikadan hansısa məsələdə asılı deyil.

Amerika nə edə bilər axı?  

Azərbaycana qarşı müharibəyə başlayacaq? Məlumdur ki, bu bir xəyaldır və ola bilməz. Buna görə də, bütün bunlara bir bəyannamə kimi baxmaq lazımdır. Bu sadəcə siyasi bir baxışdır. Yox, əgər bununla bağlı hansısa bir addım atılarsa, bax, biz o zaman bu addımları analiz edə bilərik. Düşünürəm ki, bu bəyanatlar sadəcə erməni diasporunu sakitləşdirmək məqsədi daşıyır”, - deyə B.Bezpalko əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin