Ərdoğan: “Bizim İsrailə borcumuz yoxdur, borcu olanlar sərbəst danışa bilmir” - VİDEO 

Hazırda oxunan: Ərdoğan: “Bizim İsrailə borcumuz yoxdur, borcu olanlar sərbəst danışa bilmir” - VİDEO 

164890

“Əlimiz, qolumuz, dilimiz bağlı qalsa, biz tarix qarşısında cavab verə bilmərik. İsrail-Fələstin müharibəsini borcluluq psixologiyası ilə qiymətləndirmək olmaz. Baxın, mən sərbəst danışıram. Çünki bizim İsrailə heç bir borcumuz yoxdur”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Berlində Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuata açıqlaması zamanı bildirib.

“Əgər borcumuz olsaydı, bu qədər sərbəst danışa bilməzdik. Amma borcu olanlar sərbəst danışa bilmirlər. Biz Holokostdan keçməmişik. Çünki bizim insanlara hörmətimiz başqadır. Mən antisemitizmlə bağlı mövqe tutan ilk liderəm. Ona görə də heç kimə borcumuz yoxdur”, - deyə Türkiyə lideri qeyd edib. 
Ərdoğan qeyd edib ki, bölgədə sabitliyə nail olmağın yeganə yolu ətəşkəsdən keçir. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin