“Yəqin ki, bu, ilin ən yaxşı qolu idi. Topu bir toxunuşla dayandırmaq və onu vurmaq sadəcə bir şah əsərdir!"
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və "Adana Demirspor"un qapıçısı Şahruddin Məhəmmədəliyev championat.com-a açıqlamasında deyib.
O, Azərbaycan yığmasının üzvü Emin Mahmudovun ötən gün Avro-2024-ün seçmə mərhələsində İsveçin qapısına uzaqdan zərbə ilə vurduğu qol haqqında danışıb.
Həmin epizodda qolkiper qapıdan zərbə ilə Emin Mahmudova ötürmə verib. Mahmudov isə topu uzaqdan qapıya göndərib.
Ş.Məhəmmədəliyev isə komanda yoldaşının vurduğu qol haqqında bunları deyib:
"Eminə ötürmə verdim. Emin isə topu saxladı və ikinci toxunuşu ilə meydanın mərkəzindən qapıya göndərdi. Bizim futbolçular Olseni iki-üç dəfə belə məyus etməyə cəhd etdilər. Mahmudov isə sınadı və qol vurdu. O, bunu hamıdan yaxşı bacardı! Rəqib təkəbbürünə görə cəzalandırıldı.
Təbii ki, Emin xoşbəxtdir.
O dedi: "Sən ötürmə verəndə düşündüm ki, indi topu dayandıracağam və sonra onu necə gözəl qəbul etdiyimi hamıya göstərəcəyəm. Bu, əla idi! Hamımız bilirik ki, Emin Mahmudov çox gözəl futbolçudur. Və o, öz səviyyəsini göstərdi”.
Qeyd edək ki, ötən gün Azərbaycan millisi İsveçi 3:0 hesabı ilə məğlub edib. Yığma F qrupunda son oyununu noyabrın 19-da Belçikaya qarşı keçirəcək. Brüsseldə oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bizim.Media