Fransanın Ermənistandakı səfirliyi korrupsiyalaşmış diplomatik qurumdur - Erməni hərbi müxbir

Hazırda oxunan: Fransanın Ermənistandakı səfirliyi korrupsiyalaşmış diplomatik qurumdur - Erməni hərbi müxbir

164852

“Mən sizə Ermənistanın üzləşdiyi böyük problem barədə dəqiq məlumat verəcəyəm. Nəzərinizə çatdırıram ki, Ermənistan hökumətinin bir çox üzvləri artıq cənab Olivye Dekotinnidən (Fransanın Ermənistan Respublikasındakı səfiri - red.) viza alıblar”.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın erməni əsilli hərbi müxbiri Leo Nikolyan “YouTube”da yayımlanan verilişində bildirib.

“Bu vizalar tətilə getmək üçün deyil, il yarımlıq vizalardır. Ad çəkməyəcəyəm, çünki onları növbəti verilişdə deyəcəyəm. Vizalar Ermənistan hökumətinin üzvləri, onların arvadları, uşaqları və məşuqələri üçün nəzərdə tutulub. Fransa səfirliyi isə 1991-ci ildən bu günə qədər Ermənistanın ən korrupsiyalaşmış səfirliyidir”, - Nikolyan bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin