Banklar xidmət tarifini 2 dəfədən çox ARTIRDI – SƏBƏB NƏDİR?

Hazırda oxunan: Banklar xidmət tarifini 2 dəfədən çox ARTIRDI – SƏBƏB NƏDİR?

164847

Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, bir neçə bankın sms-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılması barədə qərar qəbul etdiyini bildirib. 

Onun sözlərinə görə, bu tariflər təqribən 40 qəpikdən 1 manata qədər artırılıb. 

“Bu mərkəzlər isə həmin xidmətləri mobil operatorlardan alırlar. Sonradan banklara təqdim edirlər. Son üç ildə prosessinq şirkətlərinin paket şəklində aldığı sms-qiymətləndirmə tariflərində təqribən 70% artım olub. Sözügedən banklar bu müddət ərzində həmin xidmət haqlarını artırmayıblar. Yalnız indi belə qərar qəbul ediblər”, - deyə o qeyd edib.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərli bunu kommersiya banklarının müxtəlif üsullarla gəlir əldə etmək niyyətləri ilə əlaqələndirib:
 

MÖVZU İLƏ VAĞLI:

Banklar bu xidmətlər üzrə tarifləri artırdı


“Onlar az rüsumlu, amma çox tətbiq olunan xidmətlərlə gəlirlərini artırmağa çalışırlar. Ona görə ki, bizim seçimimiz deyil, yəni müştərinin razılığı olmadan xidmət haqlarını müxtəlif üsullarla artırırlar ki, bu da doğru deyil. Banklar bunu əsaslandırılmalı və bu addımın səbəblərini açıqlamalıdır. 

Hansı xidmətin dəyəri artıb? 

Bu onlara texniki cəhətdən nə qədər baha gəlir? Yaxud, hansı parametrlərə görə qiymətləri artırırlar? Əgər bu sualların hansısa ağlabatan izahı yoxdursa, müştərilərin də seçimi yoxdursa, banklar belə addımları atmamalı və müxtəlif xidmətlərlə bağlı istədikləri tarifləri təyin etmək hüququna malik olmamalıdır. 

Mərkəzi Bank da əlaqələndirici kimi, buna müəyyən məhdudiyyətlər qoymalı və ciddi mövqe sərgiləməlidir. Ancaq məsələ bu gün parlamentə rəsmi şəkildə təsdiqini tapırsa, deməli, MB özü də bunda maraqlıdır.

Digər tərəfdən, qanuni tənzimləmələr yoxdursa, banklar öz istədikləri kimi xidmət haqlarını artırmaq sərbəstliyinə malik olmamalıdırlar”.       

Bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, əgər bu gün belə bir qərar verilibsə, xidmət haqlarının artırılması bazardakı sövdələşmədən xəbər verir:

“Bu da hazırda qüvvədə olan “Haqsız rəqabət haqqında” qanuna və parlamentin müzakirəsində olan “Rəqabət Məcəlləsi”nə tələblərinə ziddir. Çünki burada əsas söhbət süni qiymət artımından gedir”.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin