İrəvan Dövlət Universitetində partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni “Telegram” kanalları yazıb.
Mənbə qeyd edir ki, partlayış universitetin birinci korpusunun zirzəmisində, kimya kafedrasının binasında qeydə alınıb.
Partlayışdan sonra yanğın baş verib, sonra söndürülüb. Faktı universitetin mətbuat katibi Knar Misakyan sosial media hesabında təsdiq edib.
Yerli mətbuat qeyd edir ki, nəticədə bir nəfər ölüb, üç nəfər yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Universitetin tələbələri və müəllimləri binadan təxliyə edilib.
Bizim.Media