ABŞ-ın anti-Azərbaycan siyasətinə Elmar Məmmədyarovdan SƏRT REAKSİYA

Hazırda oxunan: ABŞ-ın anti-Azərbaycan siyasətinə Elmar Məmmədyarovdan SƏRT REAKSİYA

164674

Xəbər verdiyimiz kimi, Xəbər verdiyimiz kimi, noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilib.

ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində birtərəfli və qərəzli fikirlər səsləndirib. O, ölkəsinin Azərbaycana hərbi yardım göstərilməsini dayandıracağını da vurğulayıb.

Bəs, Dövlət Departamentinin təmsilçisinin səsləndirdiyi fikirlərin arxasında nə dayanır?

Suala sabiq xarici işlər naziri Elmar Məmmədyarov aydınlıq gətirib.

O, Bizim.Media-ya açıqlamasında o bildirib ki, ABŞ rəsmisinin bu addımında əslində təəccüblü bir şey yoxdur:

“Bəllidir ki, bir çox konqresmenlər erməni diasporunun pul kisəsindən asılıdır. ABŞ Dövlət Departamentinin işçiləri bilirdilər ki, konqresdə çıxış edirlər. Həmin Konqresdə də kifayət qədər ermənipərəst konqresmen var. Ona görə də ABŞ rəsmiləri orada məhz bu cür danışmalı idi. Bununla belə ötən günkü dinləmələr heç də ciddi narahatlığa əsas vermir”.

Elmar Məmmədyarov ABŞ-ın Azərbaycana hərbi yardımın dayandırılması məsələsinə də toxunub:

“Nəzərə alaq ki, bu günə kimi ABŞ ölkəmizə elə bir hərbi yardım göstərməyib. Bildiyim qədər, sərhədçilərimizə və dəniz mühafizəçilərimizə hansısa texniki dəstək göstərilirdi. Son illər başqa bir hərbi yardım olmayıb.

Amma maraqlısı odur ki, Avropa İttifaqının təmsilçiləri ilə ABŞ rəsmləri Azərbaycana qarşı eyni mövqedən çıxış edirlər. İddia edirlər ki, Azərbaycan Ermənistana hücum edəcək və Zəngəzur dəhlizini hərbi yolla açacaq.

Halbuki indiki vaxtda bu iddiaların heç bir əsası yoxdur.

Çünki Azərbaycan Naxçıvanla quru yolun bərpası üçün alternativ variant tapıb. Ona görə də həm ABŞ, həm də Aİ rəsmilərinin səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Burda maraqlı olan digər məqam ondan ibarətdir ki, hazırda Ermənistanda Qərbin müşahidəçi missiyası var. İndi Qərb çalışır ki, bu mülki missiyanı hərbçilərlə əvəz etsin.

Bu məsələdə isə əsas hədəf Rusiyadır.

Qərb bütün vasitələrlə Rusiyanı Ermənistandan çıxartmaq istəyir. Bunun üçünsə ermənilərdən alət kimi istifadə edilir. Bilmirəm bunu ermənilər anlayır, yoxsa yox... Amma bildiyim odur ki, hadisələrin inkişafı Ermənistana yaxşı heç nə vəd eləmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin