“Qızların evlənməməsi əxlaqsızlığın vüsət almasına görədir” – Psixoloqlardan AÇIQLAMA

Hazırda oxunan: “Qızların evlənməməsi əxlaqsızlığın vüsət almasına görədir” – Psixoloqlardan AÇIQLAMA

164650

“Subaylıq sultanlıqdır” – bu ifadəni daha çox oğlanlardan eşitmişik. Lakin vəziyyət əksinə olub. Oğlanlar bir kənara, artıq qızlar da evliliyə müsbət yanaşmırlar.

Bəs, qızları evlilikdən çəkindirən səbəblər nələrdir?

Psxioloq Ülviyyə Murtuzova Bizim.Media-ya bildirib ki, xanımların evlilikdən uzaqlaşmasının ilk səbəbi məsuliyyətdən geri çəkilmələridir:

“Ailə öhədiliyini üzərinə götürə bilməyən qızlar evlilikdən qaçırlar. Belələri həyatda nə üçün yaşadıqlarını belə bilmir, dərk etmirlər. Digər səbəb isə, sosial durumdur. Bu gün xanımlarımız öz ayaqları üzərində dura bilir. Məhz buna görə də, onların çoxu ailə qurmaq istəmir. Onlar düşünür ki, evlənəcəyi adam normal iş sahibi olmadıqdan sonra, ailə qurmağın nə mənası var?!

Başqa bir səbəb isə, qızların uşaq yaşlarında ailədə şiddət və ya təcavüz görmələridir. Bu cür qızlar “birdən atam kimi biri ilə evlənərəm” qorxusuna görə ailə qurmurlar. Ümumilikdə isə, ailə institutlarının dağılması əxlaq pozuntusunun vüsət almasına görədir”.

Psixoloq Əfsanə Rüstəmova isə bildirib ki, zaman dəyişdiyi üçün, insanların həyata və evliliyə baxışları da dəyişib:

“Hazırki insanların fərqindəlik hissi daha yüksəkdir. Buna görə də onların həyatdan və evlilikdən gözləntiləri dəyişib. Əvvəllər qızlar oğlanlar tərəfindən seçilməyi gözləyirdilər, bu gün isə onlar özü seçicidirlər. Məhz buna görə də, xanımlarda özgüvən yaranıb və evlilikdən ya çəkinir, ya da onu ertələyirlər.

Uğursuz evliliklər də qızları ailə qurmaqdan çəkindirən səbəblərdəndir. Əvvəllər bir kənddə iki-üç boşanma olurdusa, demək olar ki, indi hər ailədə, nəsildə nikah pozuntusu halları olur. Bu da evliliyə olan inamı sarsıdıb. Lakin hər bir şəxs individual olduğu kimi, evliliklər də fərqlidir. Eyni başlasa belə, iştirakçılar, hissiyatlar müxtəlif olduğu üçün hər hekayə fərqli bitə bilər. Buna görə də kiminsə yaşadıqlarından təsirlənmək yerinə, öz hekayəmizi yazmalıyıq”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin