Fransa mallarına qarşı boykot ÇAĞIRIŞLARI – Bunun hansı təsirləri OLACAQ?

Hazırda oxunan: Fransa mallarına qarşı boykot ÇAĞIRIŞLARI – Bunun hansı təsirləri OLACAQ?

164648

Azərbaycan son anti-terror tədbirləri ilə Qarabağ münaqişəsini kökündən həll etdi. Bununla da 34 il əvvəl pozulmuş ərazi bütövlüyümüz və suveren hüquqlarımız tam bərpa olundu.

Fransa nə istəyir?

Amma Ermənistan və Qərb, xüsusilə də Fransa dövlətimizə qarşı aqressiyadan və siyasi ritorikalarından əl çəkmək istəmirlər. Bir müddət əvvəl Paris hökumət dairələrində parlament səviyyəsində Azərbaycanla siyasi, iqtisadi və digər sahələrdəki münasibətlərə yenidən baxılması, hətta bəzi iqtisadi sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırışlar edildi.

Bu çağırışlar nəticəsiz qalsa da, Fransa tərəfindən qeyri-rəsmi şəkildə Ermənistanla münasibətləri hərbi-siyasi cəhətdən inkişaf etdirməyə cəhdlər edilir. Bu da onunla bağlıdır ki, Fransa Cənubi Qafqazda stabilliyin, sülhün və birgə dinc yaşayışın bərpa olunmasında maraqlı deyil və bölgədə əbədi gərginliyin olmasını istəyir.

Qarşılıqlı ticarət əlaqələrimizin həcmi nə qədərdir?

Artıq bir neçə gündür ki, Fransanın Gürcüstan vasitəsilə Ermənistana hərbi texnikalar göndərib. Buna paralel olaraq, Azərbaycanda Fransadan ölkəmizə idxal olunan bir çox məhsullara qarşı boykot çağırışları başlayıb. Bu məhsulların idxalına məhdudiyyətlərin qoyulması təklifini irəli sürənlər də var.

Qeyd edək ki, təkcə 2022-ci ildə Fransa dünyaya 603,4 milyard dollarlıq məhsul satıb ki, bunun da cəmi 235,7 milyon dolları Azərbaycanla ticarətin payına düşür. Fransa ilə builki qarşılıqlı ticarət mübadiləmiz isə 497 milyon dollar həcmində olub.

Bəs boykot başlayarsa, bu hansı nəticələrə səbəb olacaq?

“Fransaya sarsıdıcı zərbə vura bilmərik”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə, bu çağırışların Fransaya hər hansısa təsirlərinin olmacayağını bildirib:

“Rəsmi statistik rəqəmlər də göstərir ki, qarşılıqlı ticarət əlaqələrimiz elə böyük deyil. Əgər böyük layihələrlə bağlı nə isə etmək mümkün olarsa, bəlkə nə isə əldə edə bilərik. Xırda ticarətin qarşısını almaqla, Fransaya sarsıdıcı zərbə vura bilmərik”.

Onun sözlərinə görə, bu çağırışların heç bir məntiqi əsası yoxdur:

“Bu, sadəcə emosional çağırışlardır və bu dövlətin ədalətsiz, beynəlxalq hüquq normalarına zidd addımlarına qarşı cəmiyyətimiz tərəfindən belə fikirlər, çağırışlar səsləndirilir”.

““Total” şirkəti vasitəsilə Fransaya təsir edə bilərik”

İqtisadçı-ekspert Natiq Cəfərli də, bu çağırışların Fransaya hansısa təsir etməcəyini diqqətə çatdırıb:

Ona görə ki, bu, Fransa ticarət dövriyyəsinin 0,001 faizini təşkil edəcək. İki ölkə arasındakı ticarət dövriyyəsinə baxsaq, görərik ki, biz bu ölkədən daha çox mal alırıq”.

Ekspertin fikrincə, rəsmi Parisin etdiklərinə başqa istiqamətdə cavab vermək olar:

“Azərbaycan iqtisadiyyatı böyük həcmli olmadığı üçün Fransa məhsullarını boykot etməklə, hansısa təsir mexanizmlərini yarada biləcəyimizi düşünmürəm. Rəsmi Bakının əlində başqa təsir rıçaqları var. Bunlar da təyyarələrin alınması, “Total” və digər şirkətlərinin ölkəmizdəki biznes fəaliyyətidir.

Əsasən də “Total”ın biznes fəaliyyətindən istifadə etməklə, Fransa hökumətinə təsir etmək daha məntiqli olar. Ona görə ki, “Total” Fransanın ən böyük sistem qurucu şirkətlərindəndir. Onların ölkəmizdə böyük maraqları var və hökumətimizlə işləməkdə maraqlıdırlar. Rəsmi Bakı da həm onlar, həm siyasətdə ola lobbi qrupları vasitəsilə rəsmi Parisə təsiretmə mexanizmləri yarada bilər”.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin