Noyabrın 16-da məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.
Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, ümumilikdə ölkə üzrə 17 imtahan mərkəzində təşkil olunan test imtahanlarına 5038 nəfər namizəd dəvət edilib.
Test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanacaq.
Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:27 / 16.11.2023
Bağça müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi BAŞLADI
Hazırda oxunan: Bağça müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi BAŞLADI
Hazırda oxunan: Bağça müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi BAŞLADI
164628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.