“Bakıda keçiriləcək İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin bu il noyabrın 21-23-də keçiriləcək V Konfransının Təşkilata üzv ölkələri ilə ikitərəfli sazişlərin imzalanması planlaşdırılır”.
Bizim.Media xəbər verir ki, bunu beynəlxalq tədbirə dair keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına qoşulan ilk sovet ölkəsi olub.
Konfransda Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının paytaxtı elan edildiyi və habelə Şuşanın İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı da seçildiyi qeyd olunub. Vurğulanıb ki, 2013-cü ildə Bakıda İƏT-in əmək nazirlərinin 2-ci Konfransı keçirilib. Konfransda iştirak edən nümayəndə heyətləri rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:20 / 16.11.2023
Gələn həftə Bakıda mühüm sazişlər imzalanacaq – RƏSMİ
Hazırda oxunan: Gələn həftə Bakıda mühüm sazişlər imzalanacaq – RƏSMİ
Hazırda oxunan: Gələn həftə Bakıda mühüm sazişlər imzalanacaq – RƏSMİ
164617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.