Manaf Ağayev: "Toylarda ev yiyələri "Vağzalı"nın çalınmasını istəmirlər" - VİDEO 

Hazırda oxunan: Manaf Ağayev: "Toylarda ev yiyələri "Vağzalı"nın çalınmasını istəmirlər" - VİDEO 

164574

"Toylar var ki, ev yiyələri deyir ki, "Vağzalı" çalınmasın. Başqa xarici musiqi çaldırırlar. İndi başlayacağam bu haqda danışmağa deyəcəklər ki, bu hələ orada qalıb, guya ki bunlar müasirdirlər". 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu "Xəzər axşamı" verilişində deyib. 

Sənətçi bildirib ki, indiki toylarımızda adət-ənənələrimizdən əsər-alamət qalmayıb: 

"Dədə-babadan toylarda "Bəy tərifi" vardı. Bəy-gəlini evdən çıxardanda "Bəy tərifi" deyilərdi. Bu, bizim adət-ənənəmizdir. Yaxşı, şəhərdə bunu etmək istəməyənləri heç olmasa başa düşürük. Şəhərdə alınmır... Rayonlarda dəyməyin də buna. Əlimdə olsaydı, çox şeyləri dəyişərdim.  Bir tək bu deyil... Bizim milli musiqimiz təmiz yox olub. Nəyə qulaq asırlar heç özləri də bilmirlər. Gənc nəsil bunları görür elə də başa düşür ki, bizim musiqimiz belə olub. Əvvəl toylar başqa idi". 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin