“Ukrayna ilə bağlı planları tamamilə iflasa uğrayan Qərb indi də eyni formada Ermənistandan yapışıb, onu Rusiyadan qoparmağa çalışır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Zaxarovanın sözlərinə görə, rəsmi Moskva Ermənistan rəhbərliyinin son addımlarını, o cümlədən baş nazir Nikol Paşinyanın Minskdə KTMT sammitində iştirakdan imtina etməsini, ölkəyə Qərb silahlarının tədarükünün çoxalmasını, İrəvan və Kiyevin dostluğunu “eyni zəncirin halqaları” kimi nəzərdən keçirir.
Bizim.Media