Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah bakıda İsveç seçməsini qəbul edəcək.
Bizim.Media xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazi matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Eminə verilən sual düzgün deyil. Heç kim deyə bilməz ki, mübarizə aparmırıq, meydanda ürəyimizi qoymuruq. Güclü rəqiblərə qarşı oynayırıq. Belə matçlarda uduzmaq normaldır. Təbii ki, səhvlər olur və bu, bizə baha başa gəlir. Azərbaycan millisi tarixində ilk dəfədir ki, 5 komandanın yer aldığı qrupda 4-cü yerdədir. Belə bir şey heç vaxt olmayıb.
- Burada çalışdığınız üç il ərzində nələri dəyişdiniz?
- Təbii ki, inkişaf çox olub. Bu, özünü meydanda göstərir. Hər oyunda maksimumumuzu veririk. Mənə də xoş olar ki, hər qarşılaşmada qələbə qazanaq. Amma belə rəqiblərlə matçlarda bu, mümkün deyil. Avstriya və Belçika ilə görüşlərdə son dəqiqələrə kimi mübarizə aprdıq. Avstriyaya son saniyələrdə qol da vura bilərdik. Yalnız futboldan başı çıxmayan adam deyə bilər ki, əlimizdən gələni etmirik.
- Zədəli oyunçular və ilk dəfə milliyə dəvət alanlar var. Onların durumu necədir?
- Emil Səfərovun zədəsi var. Həkimlə danışmışam. O, yaxşı futbolçudur. Gələcəkdə milliyə çox köməyi dəyəcək. Sabaha hazır olmayacaq. Ola bilər ki, Belçikaya qarşı oynasın. Yenilərə gəlincə, çalışıram hamıya şans verim. Bütün oyunçular bizim üçün vacibdir. Belçika ilə oyunda heyətdə dəyişikliklər ola bilər. Hər iki görüşdə meydanda var gücümüzü qoymalıyıq. Milliyə 27 futbolçu dəvət etrməyimiz səbəbi odur ki, 4 oyunçumuz sarı vərəqə limitindədir.
- İsveçlə aramızda 3 xal fərq var və bu, son ev oyunumuzdur. Bu amil sizə nə dərəcədə stimul verir?
- Sabah udsaq, riyazi olaraq İsveçə çatırıq. Qələbə üçün əlimizdən gələni edəcəyik.
- Hücumçular qol vura bilmir. Sabah necə olacaq?
- Hamıdan qol gözləyirəm, tək hücumçulardan yox. Bu, mental məsələdir. Təbii ki, hücumçular qapıya daha yaxın oynayır, onlar qol vurmağa daha yaxındır.
- Musa Qurbanlı klubunda 7-8 oyundur ki, qol vura bilmir. Onunla söhbət etmisiz? Psixoloji durumu necədir?
- Hər şey yaxşıdır. Ona çox ümid bəsləyirik, gənc oyunçudur. Bu il yeni təcrübəyə başlayıb. Cərimə meydançasında çox yaxşıdır, qol duyumu var. Ümid edirəm ki, gələcəkdə daha çox qollar vurar.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:44 / 15.11.2023
De Byazi: “Heç kim deyə bilməz ki, mübarizə aparmırıq”
Hazırda oxunan: De Byazi: “Heç kim deyə bilməz ki, mübarizə aparmırıq”
Hazırda oxunan: De Byazi: “Heç kim deyə bilməz ki, mübarizə aparmırıq”
164561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.