Rusiya XİN: “Ermənilərin Qarabağa qaytarılmasında yalnız Azərbaycanın bəyanatlarına əsaslanmaq lazımdır” - VİDEO

Hazırda oxunan: Rusiya XİN: “Ermənilərin Qarabağa qaytarılmasında yalnız Azərbaycanın bəyanatlarına əsaslanmaq lazımdır” - VİDEO

164554

“Biz Azərbaycan Prezidenti Administrasiyasının yüksək vəzifəli nümayəndəsinin Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının təminatı, təhlükəsizliyi və iqtisadi rifahı ilə bağlı son bəyanatlarını alqışlayırıq”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaxarova: “Paşinyan və onun Qərb əlaltıları Azərbaycanla razılaşmaları pozurlar” - VİDEO 


O qeyd edib ki, rəsmi Moskva Qarabağın erməni sakinlərinin geri qayıtmasının qarşısını almaq məqsədilə xeyli sayda saxta məlumatların yayıldığının şahidi olur:

“Biz görürük ki, hazırda bir sıra mənbələr vasitəsilə Qarabağı tərk edən ermənilərə guya evlərinin dağıdıldığı və onlara Azərbaycan hökuməti tərəfindən verilən vədlərin yalan olduğu ilə bağlı təbliğat aparılır. Bilirik ki, bu məlumatlar Qarabağı tərk edən ermənilərin geri dönməsini əngəlləmək məqsədilə yayılır.  

Odur ki, ermənilərin Qarabağa qaytarılması məsələsində yalnız Azərbaycanın rəsmi bəyanatlarına əsaslanmaq lazımdır”. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin