Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı məlumat yayıb.
Xidmətdən Bizim.Media-ya bildirilib ki, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında gün ərzində cənub küləyinin 15-18 metr/saniyə, arabir 20-23 metr/saniyəyədək güclənəcəyi, 17-də isə şimal-qərb küləyinin 15-20 metr/saniyə, səhər arabir 23-28 metr/saniyə, yarımadanın bəzi yerlərində arabir 30 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
MÖVZU İLƏ BAĞLI:
Bəzi yerlərdə yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA
Noyabrın 17-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında noyabrın 17-də şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Şərqi Zəngəzur, Qarabağ, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyinin arabir 15-20 metr/saniyə, 17-də gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Bizim.Media