Azərbaycanlı bloqer Rusiyaya ekstradisiya edildi - VİDEO 

Hazırda oxunan: Azərbaycanlı bloqer Rusiyaya ekstradisiya edildi - VİDEO 

164521

Azərbaycan tərəfi Sankt-Peterburq sakinlərinə hücum edən dəstənin rəhbəri Tural Məmmədovu Rusiya Baş Prokurorluğuna ekstradisiya edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.  

Onun ekstradisiyası barədə qərar Rusiya tərəfinin müraciəti əsasında qəbul edilib. Məmmədov xuliqanlıqda və zor tətbiq etməklə milli zəmində nifrət və düşmənçilikdə ittiham olunur.

Məlumata görə, Tural Məmmədov dostları ilə birlikdə Sankt-Peterburqun müxtəlif ərazilərində yoldan keçənləri dəfələrlə açıq şəkildə döyüb, baş verənləri videoya çəkib, sonra isə görüntüləri “Telegram”da yerləşdirib.

Qrupun bir neçə üzvü tutulduqdan sonra Məmmədov hüquq-mühafizə orqanlarından gizlənib.

O, Rusiya Baş Prokurorluğu adından beynəlxalq axtarışa verilib.  
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin