Yaxın günlərdə “Stadionlar səssiz olanda” filmi izləyicilərə təqdim ediləcək.
Bizim.Media xəbər verir ki, keçmiş futbolçu, hazırda ölkəmizin ən uğurlu məşqçilərindən sayılan Qurban Qurbanova həsr olunmuş idman dramı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunub.
Filmdə Qurbanovun 20-ci əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti öz əksini tapıb.
Film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media