Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan axısqa türklərinin öz torpaqlarından sürgün edilməsinin 79-cu ildönümü münasibətilə paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, bunu sosial media hesabında paylaşıb.
Sözügedən paylaşımı təqdim edirik:
“Axısqa türklərinin öz torpaqlarından qovulmasının 79-cu ildönümünü hüznlə yad edir, bu böyük zülm zamanı həyatını itirən 20 min qardaşımıza Allahdan rəhmət diləyirəm. Axısqa türk qardaşlarımızın hüquqlarını hər platformada müdafiə etməyə davam edəcəyik”.
Qeyd edək ki, 1944-ci ildə axısqa türkləri Stalin repressiyasının qurbanı olub. İyulun 31-də SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə (qərar həmin il noyabrın 14-də icra edilib) 90538 axısqa türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstan (20 min nəfərdən çox) çöllərinə köçürülüb.
Bizim.Media