Bakıda ağaclar yeni çəkilən yolun tən ortasında saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu yol paytaxtın Nizami rayonunda, 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsində çəkilib.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, çəkilən yol məhəllədaxili infrastruktur olduğundan AAYDA-nın balansında deyil.
Sakinlər ağacların saxlanılmasından narazı olmadıqlarını bildiriblər.
MTK nümayəndəsi Elşad Fətullayev isə qeyd edib ki, sözügedən yol piyadalar üçündür, maşınların keçidi üçün nəzərdə tutulmayıb.
Bizim.Media