Gürcüstanda 18 nəfər "oğru dünyası" ilə əlaqəsi olduğuna görə TUTULDU

Hazırda oxunan: Gürcüstanda 18 nəfər "oğru dünyası" ilə əlaqəsi olduğuna görə TUTULDU

164355

Gürcüstanda 18 nəfər "oğru dünyası" ilə əlaqəsi olduğuna görə saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslərin hamısının müxtəlif növ cinayət əməllərində fəal iştirak etdiyi, o cümlədən vətəndaşla arasında maliyyə və digər mübahisələri "oğru qaydaları"na əsasən həll etdiyi müəyyən olunub.

Axtarışlar nəticəsində polis odlu silahlar, hərbi sursatlar, narkotik və "qanuni oğrular"ın ünsiyyət saxladığı texnikanı aşkarlayıb.

Saxlanılan şəxslərə qarşı 15 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin