Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən yaşayış binasının fasadında pəncərənin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükə törətməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinın xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində bərkidildiyi yerdən qoparaq asılı vəziyyətdə qalan pəncərəni götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.
Bizim.Media