Müşfiqabadda bıçaqla sürücünü hədələyərək telefon və pulqabısını götürən şəxs saxlanılıb.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən bildirilib.
Verilən məlumata görə, noyabrın 12-də saat 23 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə sərnişinin sürücünü kəsici alətlə hədələyərək içərisində mobil telefonu olan pulqabısını talaması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Kənan Məmmədov müəyyən olunaraq saxlanılıb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:25 / 14.11.2023
Bıçaqla sürücünü hədələdi, telefon və pulqabısını apardı
Hazırda oxunan: Bıçaqla sürücünü hədələdi, telefon və pulqabısını apardı
Hazırda oxunan: Bıçaqla sürücünü hədələdi, telefon və pulqabısını apardı
164277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.