Balakənin Meşəşambul kəndində beş otaqlı ev yanıb. Hadisənin sobadan qaynaqlandığı ehtimal edilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi gecə saatlarında baş verib. Kənd sakini 58 yaşlı Nazim Gəncəliyevə məxsus beş otaqlı fərdi yaşayış evi yanıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yerli sakinlərin də iştirak etdiyi söndürmə zamanı mənzilin əksər hissəsi ev əşyaları ilə birlikdə yanıb.
Xoşbəxtlikdən ev sahiblərindən, eləcə də yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:13 / 14.11.2023
Balakəndə ev əşyaları ilə birlikdə yandı
Hazırda oxunan: Balakəndə ev əşyaları ilə birlikdə yandı
Hazırda oxunan: Balakəndə ev əşyaları ilə birlikdə yandı
164261
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.