Koronavirusun yeni simptomu: Dəriyə və barmaqlara diqqət!

Hazırda oxunan: Koronavirusun yeni simptomu: Dəriyə və barmaqlara diqqət!

1642

ABŞ-ın Massaçusetts Ümumi Xəstəxanasının alimləri, COVID-19-a yoluxan bəzi pasientlərdə dəri simptomları aşkar edib, həmin simptomlar xəstə sağaldıqdan sonra belə bir neçə ayadək qalıcı olur. 

Bizim.Media məlum xəstəliyin yeni təzahürü barədə məlumatları təqdim edir. 

Qeyd edək ki, tədqiqatçılar COVID-19-un minlərlə dəri əlamətini təhlil edib. Maksimal davamlılığı 28 gün olan, özünü səpgi və qurdeşən şəklində biruzə verən simptomlar orta hesabla 1 həftə və dörd gün davam edib. Malsimal davamlılıq müddəti 70 gün olan pullu dəmrov şəkilli səpgilər isə 20 gün davam edib.

Donvurma əlamətlərini xatırladan ayaq və əl barmaqlarının şişməsi təxminən 10 gün davam edib. Qeyd edək ki, müşahidə olunan 6 halda adıçəkilən əlamətlər 60, iki halda isə 130 gün davam edib. 

Alimlərin yazdığına görə, nəticələr göstərir ki, koronavirus infeksiyası bu vaxtadək məlum olmayan dəri simptomlarına səbəb ola bilər, xüsusilə də ayaq barmaqlarında. 

Virusun orqanizmdə müxtəlif orqanların vəziyyətinə təsir edən uzunmüddətli iltihabi prosesi tətikləmək ehtimalı böyükdür. Bu halda dəri xəstə sağalandan 4-5 ay sonra da davam edə bilən patoloji proseslər üçün indikator rolunu oynayır. 

Selcan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin