Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? – Qurban Yetirmişlidən AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? – Qurban Yetirmişlidən AÇIQLAMA 

164177

Son günlər Azərbaycanın müxtəlif ərazilərində ard-arda əhali tərəfindən hiss edilən zəlzələlər baş verir. Belə ki, noyabrın 11-də İsmayıllı rayonu ərazisində bir neçə saat fasilə ilə 3 və 2,9 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Maraqlıdır ki, cəmi 2 gün sonra, noyabrın 13-də İsmayıllıda 3 bal gücündə daha bir zəlzələ baş verib.

Ardıcıl təkanların qeydə alınması cəmiyyətdə panikanın yaranmasına səbəb olub. Xüsusilə də, bu ilin fevral ayında qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələlər ölkəmizdə də yeraltı təkanlarla bağlı həyəcanın birə-beş artmasına səbəb olub.

Bəs, Azərbaycanda daha güclü təkanlar gözlənilirmi?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda güclü zəlzələ ehtimalına Qurban Yetirmişlidən REAKSİYA 


Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Bizim.Media-ya açıqlamasında bildirib ki, zəlzələ hər gün baş verir, sadəcə onlardan bir neçəsi 3 bal gücündə və yuxarı olduqda hiss olunur: 

“Amma bu da seysmogen bölgə üçün normal haldır. Tarixən Azərbaycanda çox güclü zəlzələlər baş verib. Buna Şamaxını, Gəncəni, Ağsunu, Göyçayı misal göstərə bilərik. Belə ki, bu ərazilərdə vaxtilə 8-9 bal gücündə zəlzələlər olub. Hətta Göygöl məhz güclü zəlzələ nəticəsində yaranıb. Lakin yaxın günlərdə heç bir bölgədə dağıdıcı katastrofik (red. dağıdıcı) zəlzələ baş verməsi gözlənilmir. 4-6, hətta 7 bal gücündəki zəlzələ qorxuducu deyil”.  

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin