Tıxacların daha bir SƏBƏBİ – Paytaxt yollarında zolaqlar niyə enli ÇƏKİLİR?

Hazırda oxunan: Tıxacların daha bir SƏBƏBİ – Paytaxt yollarında zolaqlar niyə enli ÇƏKİLİR?

164154

Son günlər redaksiyamıza paytaxt yollarında zolaqların enli olması ilə bağlı şikayətlər daxil olur. Sürücülər bildirirlər ki, zolaqların enli olması ara məsafəsinin geniş olmasına səbəb olur, bu da öz növbəsində tıxaclara və yolun yüklənməsinə şərait yaradır. 

Bəs görəsən, paytaxt yollarında zolaqlar hansı meyarlara əsasən çəkilir və mövcud zolaqlar qənaətbəxşdirmi?  
 

MÖVZU İLƏ BAĞLI:

Paytaxtda yeni yol ÇƏKİLƏCƏK – Tıxaclara SON QOYULUR? 


Nəqliyyat sektoru üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, şikayətçilərin fikirləri ilə razıdır: 

“Bəli, Bakı şəhərində zolaqların eni daha çoxdur. Halbuki zolaqlarının enini qısaltmaqla daha effektiv hərəkəti təmin etmək olar. Belə olan halda bir yolda 3 və ya 4 zolaq çəkmək olar”. 

“Yük avtomobilləri də nəzərə alınır”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı bu fikirləri səsləndirib: 

“Avtomobil yolunun texniki dərəcələrinə, normativə uyğun olaraq bu zolaqlar çəkilir. Zolaqların eni isə avtomobil yollarının kateqoriyasına uyğun hesablanıb. Burada standartlar var. Sözügedən məsələdə təkcə minik avtomobilləri yox, yük avtomobilləri də nəzərə alınır. Təbii ki, beynəlxalq təcrübə də diqqətdə saxlanılır. 

Ancaq ümumən bu məsələ ilə bağlı yerli standartlar var. Burada söhbət Azərbaycan qanunvericiliyindən gedir. Hər hansı bir dövlətin qaydası burada tətbiq oluna bilməz, lakin beynəlxalq standartlara uyğun olaraq bu standartlar müəyyənləşdirilir”. 
Məlumat üçün mövcud standartı diqqətinizə çatdırırıq: 


Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin