“Mən bu addımı ölkəmizdən gözləməzdim” - Gürcü politoloq

Hazırda oxunan: “Mən bu addımı ölkəmizdən gözləməzdim” - Gürcü politoloq

164073

“Fransanın Gürcüstan üzərindən Ermənistana silah göndərməsi sadəcə biabırçılıqdır. Mən bu addımı Gürcüstandan gözləməzdim”.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu fikirləri gürcü politoloq Simon Kapadze bildirib.

S.Kapadze deyib ki, Gürcüstan hakimiyyətinin bu addımı gözlənilməz olub: "Bu addımın arxasında nəyin dayandığını bilmirəm. Niyə məhz indi? Gürcüstanın sülh müqaviləsinin imzalanması üçün çalışdığı zamanda bunun baş verməsi ağlasızmazdır”.

Politoloqun sözlərinə görə, Gürcüstanın Azərbaycanla yaxın əlaqələrini sual altına qoymaq sadəcə ağılsızlıqdır:

“Gürcüstan tərəfinin lehinə hansısa söz demək, onun tərəfini tutmaq mənasız olar. Gürcüstan vətəndaşı olaraq mən sadəcə Azərbaycandan üzr istəyə bilərəm”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin