Koronavirusu qripdən necə ayırd edək – Həkimdən AÇIQLAMA

Hazırda oxunan: Koronavirusu qripdən necə ayırd edək – Həkimdən AÇIQLAMA

16406

Qriplə koronavirusu necə ayırd edək?

Bizim.Media xəbər verir ki, bu sualın cavabına ARB24 "İşgüzar səhər" verilişinə həkim Aytən Ziyadova aydınlıq gətirib.

Həkim bildirib ki, qrip zamanı hərarət maksimum 3 gün çəkir. Tempreturun müddəti isə 6-8 saat olur.

 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus təhlükəlidir yoxsa qrip? - ARAŞDIRMA 


“Bədən temperaturu 38 dərəcə olur və sonra enir. Gün ərzində cəmi 1 dəfə olur. Koronavirusa yoluxanlar əsasən halsızlıq, əzginlik şikayətləri ilə müraciət eirlər.

Çoxu deyir ki, “sanki sümüklərim qırılır, zəzləm dartılır. Nəfəs çətinliyi olur. Vətəndaşlarda bu şikayətlər olarsa, vaxt itirmədən test vermək lazımdır". 

A. Ziyadova artıq müasir səhiyyədə korona və ya qrip olmağı ayırd etmək üçün testlərlərin də olduğunu deyib:

"Bəzən insanlar çaşdıran məqamlar olur. Onlar xəstəliyin əvvəlində ehtiyacı olmayan testi verir və müalicə yanlış yönə istiqamətlənir. Bu da koronanı ağırlaşdırır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin