Pandemiya dövründə yaşadığımız üçün həyatımızda bir çox dəyişikliklər oldu. Belə dəyişikliklər sırasında tədbirlər, görüşlər, dərs və konfranslar distant şəkildə icra olundu.
Bizim.Media xəbər verir ki, ölkəmizdə və dünyada bütün görüşlər demək olar ki, ZOOM proqramı vasitəsi ilə həyata keçirilir.
Lakin Kaliforniya Universitetinin Rabitə Departamentinin alimləri hesab edirlər ki, indiki dövrdə bütün onlayn görüşləri video ilə yox, səsli zəng vasitəsilə aparmaq lazımdır. Çünki video zənglər iş problemlərinin həlli üçün təsirsizdir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlılar 2020-ci ildə “Google”də nə axtarıblar - Araşdırma
Tədqiqatçılar yaxşı ünsiyyətin qurulmağı üçün proqramın görüntü funkisyasını söndürməyi məsləhət görürlər.
Tədqiqatçılar vizual olmayan ünsiyyətin görüntülüdən daha təsirli olduğunu söyləyirlər. Çünki video zənglə vacib məsələlərdən danışarkən diqqət yayınır. Bu da müzakirənin müsbət yöndə aparılmasına mənfi təsir edir.
Həmçinin alimlər vurğulayırlar ki, video konfranslar zamanı sürətli internet lazımdır. İnternetin sürəti az olanda danışıqlar arasında qırılmalar olur. Zəngdə isə internet nisbətən zəif də ola bilər.
Alimlər bir-birlərindən uzaqda olan 99 cütlüklə 6 mövzunu müzakirə etmək istəyiblər. İlk 49 cütlüklə səslə, qalan 50 cütlüklə video vasitəsilə görüş keçiriblər.
Nəticədə video vasitəsilə görüşlərin diqqəti yayındırdığını aşkar ediblər.
Yəni video ilə konfrans keçirmək sinxronun ardıcıllığını pozub və kollektiv intellektə maneçilik törədib.
Bizim.Media