Masallı rayonunda 16 yaşlı qıza nişan mərasimi təşkil etmək istəyiblər.
Bizim.Media «cənub.az» saytına istinadla xəbər verir ki, xəbərinə görə, hadisə rayonun Sığınacaq kəndində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Gizli nişanlanmaq istədilər, polis imkan vermədi
Məlumata görə, 16 yaşlı qızla 31 yaşlı kişinin valideynləri onlara bu axşam nişan məclisi təşkil etmək planlaşdırıblar.
Daha sonra Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları həmin əraziyə cəlb olunub və 16 yaşlı qızın atası RPŞ-nə gətirilib.
Masallı RPŞ-də həmin şəxslə profilaktik söhbət aparılıb, qanunamüvafiq tədbirlər görülüb.
Bizim.Media