Rusiya 350 min qüvvə TOPLADI: Böyük hücum başlayır – General 

Hazırda oxunan: Rusiya 350 min qüvvə TOPLADI: Böyük hücum başlayır – General 

163844

Bu müharibə zamanı Rusiya ordusu böyük itki verdi, lakin ehtiyat fondu Rusiya ordusundan daha aşağı olan Ukrayna ordusu çox itkiyə məruz qaldı. Rusiya diktatura ölkəsi olaraq ordusunu daim artırır, hücuma keçmək üçün kifayət qədər ehtiyat yaradır. Üstəlik, bu dəfə Rusiyanın hücumunun hədəfi Odessa olacaq.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri NATO qüvvələrinin keçmiş komandanı, alman general Herald Kujat bildirib.

Onun sözlərinə görə, Rusiya Dnestryanı bölgəyə çatmaq niyyətindədir:

"Ukrayna ordusunun xüsusilə əks-hücum zamanı itkiləri müqayisəedilməzdir. Rusiya strateji müdafiə taktikasını tətbiq etdi. Aydındır ki, hazırkı mərhələdə onların məqsədi nəyin bahasına olursa olsun, əraziləri saxlamaq yox, Ukrayna ordusunu məhv etməkdir. Bu, Klauzevitsin (alman sərkərdəsi, Prussiya generalı və hərbi nəzəriyyəçisi, məşhur "Müharibə haqqında" traktatının müəllifi - red.) əsas qaydasıdır: rəqibinizi tərk-silah edin, qalan hər şey öz-özü ilə məşğul olacaq. Rusiya silahlı qüvvələri məhz buna nail olub. Artıq bir neçə gündür ki, ruslar "aktiv müdafiə"dən danışır, bu da onların hücuma hazırlaşdığını göstərir".

Kujat əmindir ki, rusların Qırmızı Liman və Kupyansk istiqamətində uğurlu hərəkətləri hücumun hazırlandığından xəbər verir:

"Söhbət 350 min yeni əsgərdən gedir. Bunun mənası nədi? Ola bilsin ki, Rusiya tərəfi 25-ci Ümumqoşun Ordusu ilə birlikdə hücuma keçərək cəbhədə sıçrayış etmək niyyətindədir. Axı belə bir niyyət olmasaydı, arxa cəbhədə bu qədər qoşun yığılmazdı".

Alman general Rusiyanın hücuma nə vaxt keçə biləcəyini proqnozlaşdırmaqda çətinlik çəkib, lakin hədəfin Odessa və Dnestryanı bölgə olduğuna şübhə etmədiyini bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin