"WhatsApp"dan istifadəçilərə YENİLİK

Hazırda oxunan: "WhatsApp"dan istifadəçilərə YENİLİK

163827

"WhatsApp" istifadəçilər təhlükəsizliyini yaxşılaşdırmağa kömək edəcək yeni funksiyanı açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə messencer ilə bağlı bloqda deyilir.

Belə ki, indi zənglər zamanı asanlıqla IP ünvanını gizlətmək mümkün olacaq.

Yenilik artıq "iPhone" və "Android" istifadəçiləri üçün əlçatandır.

Qeyd olunur ki, bu funksiya sayəsində danışdığınız şəxs yerinizi tapa bilməyəcək.

Funksiya "Zənglər zamanı IP ünvanlarını qoruyun" adlanır. Onu aktivləşdirmək üçün proqramı ən son versiyaya yeniləyib və tətbiq etmək lazımdır.

"WhatsApp"da qrup zəngləri avtomatik olaraq şirkətin serverlərinə yönləndirilir, ona görə də bu parametri aktivləşdirməyə ehtiyac yoxdur.

Yeni funksiya üstünlük verən istifadəçilər üçün əlavə məxfilik və təhlükəsizlik səviyyəsini təmin edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin