Sankt-Peterburqda kütləvi davadan sonra “Soyğunçuluq” maddəsi ilə cinayət işi açılıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə noyabrın 9-da Suzdal prospektindəki evlərin birinin həyətində baş verib. Şahidlər səhər saatlarında baş verən dava barədə polisə məlumat veriblər və əlbəyaxa dava iştirakçılarından birində odlu silah olması barədə xəbərdarlıq ediblər.
Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız iki nəfərin burnunda göyərmə, sıyrıq və xəsarətlər aşkar ediblər. Onları döyənlər 32 min rubl nağd pul (təxminən 585 manat) və 7,5 min (təxminən 137 manat) dəyərində telefon oğurlayıblar. Zərərçəkənlər oğurluq barədə ifadələr yazıblar.
Polis şübhəlilərin avtomobilini yolkənarı xiyabanda tərk edilmiş vəziyyətdə tapıb.
Hadisəni törətməkdə şübhəli bilinən iki Gürcüstan və bir Azərbaycan vətəndaşı Bəstəkarlar küçəsində yaxalanıb. Saxlanılanların ən kiçiyinin 20 yaşı var.
Bizim.Media
- A-
- A
- A+
Region
00:14 / 11.11.2023
Rusiyada KÜTLƏVİ DAVA - Azərbaycanlı saxlanıldı
Hazırda oxunan: Rusiyada KÜTLƏVİ DAVA - Azərbaycanlı saxlanıldı
Hazırda oxunan: Rusiyada KÜTLƏVİ DAVA - Azərbaycanlı saxlanıldı
163809
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.