Saat 14:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindənm xəbər verilib.
Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-yə çatır.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.5 metrdir. Bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunur.
Qərb küləyi Zaqatala rayonun yüksək dağlıq ərazilərində 34 m/s-dək güclənib, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dir.
Gəncə, Goranboy, Altıağac, Bərdə, Qobustan, Tərtər, Quba, Şabranda külək zəifləyib.
Zaqatala, Qax, Şəkidə arabir yağış, Şahdağda və Zaqatala rayonunun yüksək dağlıq ərazilərinə arabir qar yağıb. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:28 / 10.11.2023
FAKTİKİ HAVA: Dağlıq rayonlara qar yağıb
Hazırda oxunan: FAKTİKİ HAVA: Dağlıq rayonlara qar yağıb
Hazırda oxunan: FAKTİKİ HAVA: Dağlıq rayonlara qar yağıb
163769
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.