Göyçayda 9 noyabr - Dövlət Bayrağı günü münasibətilə keçirilən tədbirdə rayon rəsmiləri, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, iştirak ediblər.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev prospektində yerləşən Bayraq Muzeyində olublar, muzeydə nümayiş etdirilən eksponatlar haqqında qonaqlara ətraflı məlumat verilib. Muzeyinin qarşısında davam edən tədbirdə çıxış edənlər Azərbaycanın müasir bayrağının yaranma tarixi və 9 noyabr “Bayraq Günü” kimi qeyd edilməsi haqqında ətraflı məlumat veriblər.
Qeyd olunub ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik simvoluna çevrilib.
Sonra rayon gənclərinin ifasında vətənpərvərlik musiqiləri səslənib.
Bizim.Media, Aran bürosu