Prezident: “Astara çayı və Ağbənd marşrutları İranla Azərbaycan arasında münasibətləri möhkəmləndirəcək”

Hazırda oxunan: Prezident: “Astara çayı və Ağbənd marşrutları İranla Azərbaycan arasında münasibətləri möhkəmləndirəcək”

163683

“Çox şadam ki, İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində biz Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırdıq”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 9-da Daşkənddə İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Daşkənddə 16-cı Zirvə toplantısı iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil OLUNUB


Dövlətimizin başçısı əminliklə bildirib ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcək:

“Nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən. Hər iki marşrut İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək, həmçinin qonşularımız və digər tərəfdaş ölkələr üçün əlçatan olacaq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin