Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Hazırda oxunan: Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

163505

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Krallığın hökumət portalında dərc edilib.

Hökumətin yeni sanksiyalar siyahısında Rusiyanın qızıl və neft sektorlarında fəaliyyət göstərən 29 fiziki və hüquqi şəxslər yer alır.

Britaniya hökuməti Kremlə qarşı tətbiq olunan sanksiyaları Ukraynadakı müharibənin maliyyələşdirilməsi ilə əsaslandırıb.

Sanksiya siyahısında yer alanlar arasında Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş şirkətlər şəbəkəsi də var. Britaniya hökumətinin fikrincə, həmin şəbəkə 300 milyon dollardan çox qızıl gəlirlərinin Rusiyaya yönəldilməsində iştirak edib.
Rusiyanın iki aparıcı qızıl istehsalçısı olan “Nord Gold PLC” və “Highland Gold Mining Ltd” şirkətlərinə, oliqarxlar Vladislav Sviblov və Konstantin Strukova da sanksiyalar tətbiq edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin