Ermənistanın keçmiş baş naziri Azərbaycan əsgərini təriflədiyi üçün məhkəməyə verildi- DETALLAR

Hazırda oxunan: Ermənistanın keçmiş baş naziri Azərbaycan əsgərini təriflədiyi üçün məhkəməyə verildi- DETALLAR

16347

Tavuş bölgəsinin qubernatoru Aik Çobanyan Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanı məhkəməyə verib.

Buna səbəb isə Baqratyanın Azərbaycanla bağlı açıqlaması olub.

“İndi azərbaycanlı sülhməramlılar Tavuş bölgəsinin, keçmiş Bərxudar yaxınlığında azatamut icmasında sərhədlərin müəyyənləşdirməsini aparıblar.

 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistanda çörək problemi yaranacaq” - Qrant Baqratyan


Onlar soydaşlarımıza yaxınlaşıb nəzakətlə və mülayim şəkildə “tövlə və evlərinizi çayın o biri tərəfinə keçirin” deyiblər” -, Baqratyan şəxsi “Facebook” səhifəsində paylaşım edib.

Bu status Tavuş bölgəsinin qubernatoru, investor Aik Çobanyanın hiddətinə səbəb olub.

Baqratyanın açıqlamasından sonra sərmayədar heyvandalığa 4 milyon dollar yatırmaqdan imtina edib.

“Bu çox incə bir mövzudur. Əgər mən investoramsa  və xəbər yayılır ki, bölgədə azərbaycanlılar var, bu ərazilər onlara təhvil verilir bu halda mən  yatırımdan imtina etməliyəm. Daşlardan bir-bir qala tikirik. Ancan bunlar belə kəlmələrlə bütöv qalanı uçururlar".

"Məsuliyyət təkcə qubernator və Tavuş camaatında olmamalıdır. Bütün məmurlar və ictimai rəyi formalaşdıranlar da cavabdehlik daşımalıdır”,-deyə Çobanyan vurğulayıb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin