Martın 31-də saat 01 radələrində Hacıqabul rayonu, Muğan qəsəbə sakini 1986-cı il təvəllüdlü Rasulova Fəxriyyə Feyruz qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Hacıqabul Rayon Prokurorluğundan məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
10 illik dostunu 10 bıçaq zərbəsilə öldürdü - Sumqayıtda dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin qohumu 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Fəxriyyə Rasulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunub.
Elvin Axundov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Bizim.Media