İrandan Azərbaycana gətirilən məhsul yararsız çıxdı

Hazırda oxunan: İrandan Azərbaycana gətirilən məhsul yararsız çıxdı

16317

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Fruit-A” MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən 495 kq darçın məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ən çox aşkar edilən nöqsanlar - AQTA-nın monitorinqi


Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin